İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan: müxalifət deputat mandatlarından imtina etməyə hazırdır

Ermənistan müxalifəti ölkənin baş naziri Nikol Paşinyan seçkiqabağı dövrdə hökumət başçısı vəzifəsini icra etməsə, deputat mandatlarından imtina etməyə hazırdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu “Ermənistan” müxalifət fraksiyasının katibi Artsvik Minasyan deyib.

“Hakimiyyət bizə deyir, mandatlarınızdan imtina edin, erkən seçkilərə gedək! Məsələ deyil, onlar da imtina etsinlər. Həm biz, həm də onlar”, - Minasyan deyib.

O, Paşinyanın istefasını ən vacib məsələ adlandırıb. Minasyanın fikrincə, siyasətçi bəyan etməlidir ki, baş nazir vəzifəsini icra etməyə iddia etmir. O, təklif edib ki, bu vəzifəni baş nazirin müavinlərindən biri tutsun.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR