Onlayn ictimai-siyasi qəzet
“Özünə hörmət edən dövlət hazırda Böyük Britaniyada Ermənistanın diplomatik nümayəndəliyinin yerləşdiyi ərazini səfirlik hesab edə bilməz”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 7-də hökumətin iclasında deyib.
O, Londonda 17 milyon funt-sterlinqə səfirlik binası aldığını, onun Ermənistanın mülkü olduğunu xatırladıb.
“Biz çoxdandır ki, səfirliyin yerini dəyişmək istəyirik. Mən şəxsən orada olmamışam, amma şəkillərini görmüşəm. Bir yerdə dam sızır, başqa bir yerdə döşəmədə çuxur var, üçüncü yerdə pəncərə yoxdur. Təəssüf ki, bizdə bir çox yerlərdə bu problem var. Səfirlik binaları müvafiq səviyyədə olmalıdır”, - deyə Paşinyan bildirib.
Xatırladaq ki, Ermənistan hökuməti Londonun mərkəzində beşmərtəbəli binanın alınması üçün təxminən 8 milyard 388 milyon dram (21 milyon dollar) pul ayırıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ