İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrullahın mühafizəçisi Tehranda ÖLDÜRÜLDÜ

Tehranda hava hücumu nəticəsində “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullahın şəxsi mühafizəçisi Əbu Əli əl-Xəlilin öldürüldüyü bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı “Hizbullah”ın Livandakı mənbələrinə istinadən məlumat yayıb.

İsrailin “Kanal 12” telekanalı da xəbər verib ki, hücum nəticəsində Əbu Əli əl-Xəlilin oğlu, "Kataib Seyyid əş-Şühəda" qruplaşmasının yüksək rütbəli üzvü, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən iraqlı döyüşçü Heydər əl-Musəvi də həyatını itirib.

Bundan əvvəl İranın "Kayhan" qəzeti ilkin və qeyri-rəsmi mənbələrə istinadən İranda Livan "Hizbullah"ının üç üzvünün öldürüldüyünü yazmış, lakin onların kimliyi və digər təfərrüatları açıqlamamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2025

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR