Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-mart aylarında Ermənistanın ixrac və idxal baxımından həm müəyyən artım, həm də azalma qeydə alınıb.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə nazirinin müavini Vahan Sirunyan Milli Assambleyada parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasında 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, malların ixracı baxımından artım 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə yüksək olub: "Lakin Ermənistan mənşəli məhsulların ixracı 14,3 faiz azalıb”.
Nazir müavini qeyd edib ki, yüksək artım qızılın təkrar ixracı hesabına baş verib. Söhbət əsasən Birləşmiş Ərəb Əmirliklərindən gedir.
Eyni zamanda, 2024-cü ilin yanvar-mart aylarında idxalın artımı 2023-cü illə müqayisədə 75,8 faiz təşkil edib. Bununla belə, reixracın təsirini nəzərə almasaq, faktiki olaraq 9,2 faiz azalma qeydə alınıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ