Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti bu gün Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bölməsi məlumat yayıb.
Göndərilən sənəddə Rusiya prezidentinin mümkün həbsi ilə bağlı bəndin və ya hər hansı bəndin olub-olmadığı bəlli deyil.
Layihə hələ ki, parlamentin saytında dərc edilməyib.
Xatırladaq ki, bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.
Ondan bir həftə önə isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order vermişdi.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ