İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Hindistandan hava hücumundan müdafiə sistemləri və kamikadzelər alır

Ermənistan Hindistanla yeni müdafiə sazişləri bağlamaq imkanını nəzərdən keçirir. Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə Hindistanın “ThePrint” internet qəzeti məlumat yayıb.

Veirlən informasiyaya əsasən, Ermənistan “Akaş” zenit-raket kompleksləri ilə yanaşı, Hindistandan PUA və digər döyüş sursatları da almaq istəyir.

“Oktyabrın 18-də Qandinaqarda DEFEXPO 2022 çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və onun həmkarı, Hindistanın müdafiə naziri Şri Racnat Sinqh arasında keçirilən ikitərəfli görüşdə əsas diqqət müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib”,-deyə məlumatda bildirilir.

4b6d7423-acde-43ff-a54d-84e8074d8c9d.jpg (175 KB)

Görüşün Ermənistanın Hindistandan “Pinaka” reaktiv yaylım atəş sistemləri, tank əleyhinə “Konkurs” raket sistemləri, 80 millimetrlik minaatan və digər silahların alınmasına dair hökumətlərarası saziş imzaladıqdan bir neçə həftə sonra keçirilməsi diqqət cəlb edir.

Qəzetin yazdığına əsasən, Hindistan hökuməti Türkiyə və Pakistanın dəstəklədiyi Azərbaycana qarşı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa ciddi maraq göstərir.

0e9cacb7-7f0d-4f5a-bb5c-44aea58f6b37.jpg (245 KB)

Bundan başqa, Ermənistan Hindistanda fəaliyyət göstərən “Tata Advanced Systems Limited” (TASL) və “Solar Industries” özəl şirkətləri tərəfindən hazırlanmış kamikadze dronları alacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR