İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ÇALXALANIR - Vəziyyət dəyişməsə...

“Hazırkı mərhələdə Paşinyan iqtidarının hərəkətləri ucbatından Ermənistan Rusiya ilə siyasi qarşıdurma vəziyyətindədir. Vəziyyət dəyişməsə, bu hakimiyyət ölkə üçün fəlakətli sayılacaq güc rejiminə çevrilə bilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir fikir yerli siyasi strateq Tiqran Köçəryan tərəfindən səslənib.

“Təəssüflər olsun ki, Ermənistan Rusiya ilə münasibətləri pisləşdirmək bahasına öz suverenliyini müdafiə etdiyini bəyan edən, eyni zamanda digər ölkələrin tabeliyinə keçən ölkələrin sırasına qoşulub. Ermənistan Rusiya ilə münasibətləri müttəfiq statusundan çıxarmaq qərarına gələn Moldova, Gürcüstan və Ukraynanın cərgəsinə qatılıb” - deyə Köçəryan “Pressinq” verilişinin efirində deyib.

O, Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qatıla biləcəyi iddialarına şübhə ilə yanaşıb. Tiqran Köçəryanın sözlərinə görə, Rusiya Ermənistana ehtiyac duymur.

“Ermənistan Rusiya üçün qulpsuz çamadana bənzəyir - onu sürükləmək çətindir, amma atmaq ayıbdır”, - deyə ekspert bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR