İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan BUNU etməsə…hərbi toqquşmalar qaçılmazdır – Natiq Cəfərli ilə CANLI

Prezidentin “Səbrimiz sonsuz deyil və mən bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımları atacaq” sözləri 44 günlük müharibə ərəfəsində, eləcə də 2021-2022-ci illərdə Ermənistanın sülhə məcbur edilməsi üzrə lokal hərbi əməliyyatların həyata keçirilməsindən əvvəl səsləndirdiyi əvvəlki bəyanatları xatırladır. Bunu jurnalist Mehman Əliyev məqaləsində qeyd edib. Görünür ki, müharibə ehtimalı istisn deyil.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan isə Xersonun azad edilməsini Ukraynanın “möhtəşəm qələbəsi” adlandırıb. “Bloomberg” məlumat yayıb. Bununla belə Sallivan Rusiyanın Xerson vilayətini tam tərk etməsi barədə açıqlamasını təsdiq edə bilməyib.

“Görünür, ruslar bu qənaətlərini icra ediblər. Həqiqətən ukraynalılar möhtəşəm qələbə qazanıblar. Bu çox diqqətəlayiq məsələdir”-deyə Sallivan bildirib.
Sallivan deyib ki, Xersonda qələbə böyük strateji nəticələrə yol açıb: “Rusiları çayın o sahilinə sıxışdırmaq o deməkdir ki, Odessa və Qara dəniz sahilləri üçün əvvəlkindən fərqli olaraq uzunmüddətli təhlükə daha yoxdur”.
Müşavir deyib ki, bu qələbə müharibənin sonu deyil, lakin mühüm məqamdır. “Xersonun azad edilməsi ilk növbədə qərbin dəstəyi ilə birgə Ukrayna ordusunun ustalığı sayəsində baş tutub”.


TVMusavat-ın saat 12:00-da “Həftə içi” verilişində REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli ilə gündəmi müzakirə edirik. Tamaşaçılar da söhbətimizə qatıla bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat\


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR