İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Beynəlxalq Məhkəməyə belə hazırlaşır

Ermənistanın nümayəndələri Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə iclasda yer alacaqlar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yeğişe Kirakosyan, Liparit Drmeyan və Aram Aramyanın oktyabrın 9-13-də Niderlanda ezam olunmaları barədə qərar imzalayıb.

Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan, beynəlxalq hüquq məsələləri üzrə nümayəndənin aparatının rəhbəri Liparit Drmeyan və dövlətlərarası mübahisələr üzrə idarənin müdiri Aram Aramyan BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin iclasında rəsmi İrəvanı təmsil edəcəklər. Həmin iclasda Ermənistan Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiq olunmasını tələb edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR