İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Avropa İttifaqı ilə daha çox işləyir - Mirzoyan

“Ermənistan Avropa İttifaqı ilə çox işləyir. Elə prioritetlər var ki, yeni reallıqlara görə onlara yenidən baxılır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı danışıb.

Erməni nazirin sözlərinə görə, tərəflər yeni paket hazırlamağa çalışırlar. Mirzoyan Avropa İttifaqı ilə münasibətlərdə iki istiqaməti göstərib.

“Onlardan biri yeni reallıqlarla bağlı prioritetlərə yenidən baxılmasıdır. İkinci istiqamət 5 aprel 2024-cü ildə Ermənistan-Aİ-ABŞ görüşündən irəli gələn prioritetlərdir”, - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, son zamanlarda Ermənistanın üzvü olduğu Avrasiya İqtisadi İttifaqı və KTMT hərbi təşkilatı ilə münasibətlərində problemlər yaşanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR