İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Araz çayındakı “ada”nı qaytarmaq üçün 1 milyon dollar xərcləyəcək - ABSURD İDDİA

Ermənistan Türkiyə ilə sərhəddə Araz çayının məcrasının dəyişdiyini iddia edir.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata görə, guya Arazın məcrasını dəyişməsi nəticəsində ada yaranıb və Ermənistan yaranmış adanı geri qaytarmaq üçün 1 milyon dollar xərcləməyi planlaşdırır.

“Əvvəl yazmışdıq ki, Ermənistan tərəfdən qumun qanunsuz çıxarılması nəticəsində 400 hektara yaxın ərazisi olan ada yaranıb” - erməni mediası daha sonra bildirib.

Maliyyə mənbələrinə gəlincə, nazirlikdən cavab verilib ki, hazırda müvafiq müzakirələr aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR