İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərlə perspektiv davranış taktikamız - haylara inanmaq olarmı...

Ekspertlər hesab edir ki, ermənilərin kütləvi köçünün arxasında böyük hiylə var; “Ermənilər uduzduqda üz-üzə döyüşmürlər, terrora baş vururlar, ona görə...”

Antiterror tədbirlərindən sonra Qarabağda Azərbaycanın suverenliyinin bərpası həyata keçirilir. Azərbaycan bəyan etdi ki, dinc ermənilərin bütün hüquqları qorunacaq. Ancaq bununla Xankəndi, Ağdərə, Xocavənd, Xocalıdakı ermənilərin bir hissəsi Qarabağı tərk edərək, Ermənistana gedirlər.

Köç zamanı Azərbaycan jurnalistləri Laçın postunda onlardan niyə getdiklərini soruşanda könüllü şəkildə çıxdıqlarını, Azərbaycan tərəfdən hər hansı təzyiqə məruz qalmadıqlarını deyirlər. Bəziləri isə etiraf edir ki, niyə köçdüyünü özü də bilmir. Bu o deməkdir ki, onları görüntü yaratmaq üçün erməni “baş bilənlər”, Ermənistan zorla Qarabağdan çıxarır. 

Bu prosesdə iki məqama diqqət yetirilməlidir.

Birincisi, bəzi ermənilər jurnalistlərə deyir ki, “azərbaycanlıları çox istəyirik”, “birgə yaşamaq əladır”. Hətta ermənilərdən biri “erməni millət deyil, azərbaycanlıları çox istəyirəm” deyib. Ancaq təzyiqlə üzləşmədiyini deyən ermənilərin bir çoxu sərhədi keçib Ermənistana gedəndə erməni mediasına əks açıqlamalar verirlər.

Sahib Məmmədov: Biznes qurumları QHT-ləri maliyyələşdirən qurumlar sırasına  qatılmalıdır

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin İcra Aparatının rəhbəri Sahib Məmmədov bununla bağlı maraqlı şərh verib. O bildirir ki, köç məqsədli şəkildə təşkil olunub: “Deportasiya effekti yaradırlar. Bu tərəfdə bizim jurnalistlərə deyirlər ki, "bizə dedilər çıxın, biz də çıxırıq", “biz azərbaycanlılardan narazı deyilik” və s. O tərəfə keçəndə isə onları qlobal media gözləyir. Onlar da ritorikanı dəyişir, başlayırlar ki, zorla çıxarırlar"...

Ermənilər bu hiyləgərliklə nəyəsə nail ola bilərmi?

İkincisi, şübhəsiz, Qarabağda bir çox erməni qalıb yaşayacaq. Onların indi söylədikləri yalvarış, “azərbaycanlıları çox istəyirik” açıqlamalarında səmimiyyət axtarmağa dəyərmi? Ümumiyyətlə, qarşıdakı müddətdə ermənilərlə taktiki, strateji davranışımız necə olmalıdır? Onlara inanmaq olarmı?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ermənilərdən müsahibə alınması məsələsini bir neçə aspektdən dəyərləndirmək lazımdır: “Ora gedən media nümayəndələrinin geosiyasi, siyasi, prosesin mahiyyəti ilə bağlı anlayışı olmalıdır. Siyasi korrekt sual vermək lazımdır. Birincisi, "Siz Ermənistan vətəndaşısınızmı?", daha sonra “Azərbaycan ərazisinə nə üçün gəlmisiniz?” Buradan çıxış edərək demək lazımdır ki, Dağlıq Qarabağ deyilən qondarma qurumda yaşayanlara Ermənistan necə vətəndaşlıq verir. Axı Ermənistan özü belə separat rejimini tanımayıb. Tanımadığı bir rejimin vətəndaşlarına hansı əsasda Ermənistan pasportları verilir. Bu, əslində beynəlxalq hüquqi cinayətdir. Bir dövlətin dünyanın tanıdığı ərazilərində başqa dövlətin vətəndaşlarına pasport paylaması. Ora gedən media işçilərinin siyasi savadlılığı olmalıdır.

Daha sonra, əslində gedən ermənilərdən müsahibə alınmalıdırmı? Bilmirəm, bəlkə media siyasətində bu vacibdir. Amma Azərbaycan TV-ləri ilə dünya media orqanlarının təbliğat imkanları eyni deyil. Qərb mediası həqiqətlərimi deyəcək? Ona görə “ermənilərdən müsahibə alaqmı” deyə məndən soruşsalar, deyərdim ki, sualları separat rejimdə vəzifə sahibləri olanlara vermək lazımdır.

Çox istəmək məsələsinə gəldikdə isə ermənilər o tip millətlərdəndir ki, özlərindən başqasını çox istəmirlər, onlarla maraq tərəfdaşı olurlar. Tutaq ki, Rusiya. Rusiyanı bu gün söyürlər. Halbuki Rusiya onların zəmanətidir. İndi də deyirəm, Rusiya çalışacaq ki, Qarabağda qalan ermənilərin beynəlxalq təhlükəsizlik qarantı olsun. Hüquqi olaraq bu öz təsbitini tapsın. Mən bunu emosiyasız qarşılamağın tərəfdarıyam. Çünki hazırda Rusiya Qərbdən fərqli olaraq bu məsələdə daha açıq kartlarla oynayır".

Ekspert əlavə edib ki, bununla belə, bizim üçün önəmli olan Türkiyə-Azərbaycan qardaşlığının dərinləşdirilməsidir: “Çünki biz bir-birimizi çox istəyirik. Çünki eyni din, eyni dil, eyni canıq. Sevgi iki halda yaranar. Ya canın canından olmalıdır, ya dinin dinindən. Ancaq ermənilər üçün irq önəmlidir. Din də lazım olanda önəmlidir. Çünki ermənilər üçün əsl xristian ancaq onlardır.

Deportasiya görüntüsü yaratmağa cəhd edəcəklər. Biz bundan sonra nəyə diqqət etməliyik. Bunu xüsusilə müvafiq orqanlara bir vətəndaş, bir siyasi şərhçi, partiya funksioneri olaraq təklif edərdim. Ermənilər uduzduqda assimetrik mübarizəyə keçirlər. Yəni üz-üzə döyüşmürlər, terrora baş vururlar. ASALA bunun bariz nümunəsidir. Ermənistan bizimlə sülh imzalasa da, biz bunu diqqətdə saxlamalıyıq. İkincisi isə reinteqrasiyadan istifadə edib gələcəkdə onların bizim bayraq altında artıq-əskik danışmamaları üçün ermənilərin elitasında, bizim ölkədə separatçılara qarşı sərt olmaq lazımdır".

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Dr. Cəfərov Nazim Kamil

Nazim Cəfərsoy

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy isə bildirir ki, Azərbaycan dövləti Qarabağdan köç edən bütün ermənilərə “Bizə Azərbaycan tərəfindən heç bir təzyiq  yoxdur,  özümüz gedirik” şəklində bir sənəd imzalatmalıdır: “Peşəkar beynəlxalq hüquqşünaslarımız bunun ən uyğun formasını taparlar. Ayrıca sərhəd-buraxılış məntəqəsində bu gedənlərin hamısına niyə getdiyi soruşulmalı və video qeydiyyatı aparılmalıdır. Bu çox vacibdir. Çünki bu gedənlər sabah bizi "etnik təmizləmə" iddiası ilə məhkəməyə verəcəklər, təbliğat  kampaniyasında aktiv rol alacaqlar. Dövlət olaraq yeni problemlərlə üzləşməmək üçün bunları mütləq etməliyik. Bu videolar və sənədlər məhkəmə prosesi və kampaniyaları təsirsiz hala gətirmək üçün şərtdir. Azərbaycan mediasının nümayəndələrinə bir xahiş edirəm. Qarabağda ermənilərdən müsahibə alan jurnalistlər mümkün qədər mülki əhaliyə oradan niyə çıxdığı məsələsini ətraflı soruşsunlar. Bu cür nümunə var, amma azdır. Çalışıb hamıdan soruşmaq lazımdır. Ölkədə onlarla media var, 100 jurnalist gündə 10 nəfərə  soruşsa, bu məsələ  həll olunar. Videoları isə saxlamaq lazımdır, əmin olun ki, hamısı lazım olacaq".

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Siyasi şərhçi Kənan Rövşənoğlu isə deyib ki, ermənilərin bu şəkildə kütləvi köçünə gərək yox idi: “Tədricən də çıxa bilərdilər. İşıq, su, hətta çörək də verirdi Azərbaycan. Rahat, sakit şəkildə gedə bilərdilər. Bu kütləvi, xaotik qacışın iki məqsədi var. Birincisi, Ermənistanda xaos və ajiotaj yaratmaq. Güman ki, Paşinyanı devirmək üçün. İkincisi, beynəlxalq ictimai rəydə Azərbaycana qarşı nifrət yaratmaq, guya ermənilərin qorxu səbəbindən qaçdığını göstərmək üçün. İndi çəkilib yayılan fotolar uzun illər Azərbaycana qarşı istifadə ediləcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR