İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin sonuncu 2 sentyabrı, təqvimə növbəti qara gün yazılacaq

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edildi, dekabrın 10-da isə “referendum” keçirildi. Ermənistan SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi olmadığını göstərmək və bununla da beynəlxalq rəyi çaşdırmaq üçün fəaliyyətini xüsusi plan üzrə reallaşdırmağa çalışdı. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçdi.

İllərlə 2 sentyabrı xüsusi təntənə ilə qeyd edən erməni xalqı 3 ilə yaxındır bu günü “ürəyincə qeyd etməkdən” məhrumdur. Azərbaycan ordusunun əzmli qələbəsi ilə işğaldan azad edilən ərazilərimizdə separatçıların təmizlənməsi prosesi gedir. Erməni şərhçi Tevos Arşakyanın 2 il öncə dediyi kimi, erməni xalqının tarixi təqvimində növbəti qara gün sentyabrın 2-də yarandı. SİTAT: “Hələ keçən il həmin gün ermənilər bir-birini bayram münasibətilə təbrik edirdi, amma bu gün təqvimin qırmızı günü qaraya çevrilib. Xalqımızın yaddaşında belə kədərli tarixlər çoxdur, lakin məhz 2 sentyabr 2021-ci il tarixdə “dqr”in - “artsaxın” son günü kimi qalacaqdır. Ermənistanın ali vəzifəli şəxslərinin heç biri “arsax”a gəlmədi. Nə prezident, nə baş nazir, nə sonuncunu əvəz edən Papikyan, nə də XİN başçısı Mirzoyan. Niyə gəlmədilər? Cavab aydındır - burada söhbət qorxudan gedir. Onlar rəsmi Bakının qəzəbindən qorxurlar. Sentyabrın 2-də Robert Köçəryan və Serj Sərkisyan da “artsax”a gəlmədi. Halbuki ən azı onlar öz “doğma yerlərini” ziyarət edə bilərdilər. Lakin Köçəryanla Sərkisyanın da bunu etməyə cəsarəti çatmadı”.

Millət vəkili Elman Məmmədov Musavat.com-a açıqlamasında qeyd etdi ki, ermənilər artıq 2 sentyabr tarixini qeyd edə bilməyəcəklər, çünki qondarma rejimin sonuna az qalıb:

“Biz “separatçı qurumun ildönümü”nün keçirilməsinə izin verməməliyik. Separatçıların Azərbaycan ərazisindən təmizlənməsi labüddür. Onlar ərazimizdə mövcud olduqları müddətdə müxtəlif beynəlxalq qurumlar, ermənipərəst dövlətlərin təzyiqi, fitnəsi ilə üzləşəcəyik. Separatçı qurumun yaranmasına Sovet İttifaqı rəvac verdi. SSRİ-nin silahlı qüvvələri ərazimizdə idi. Hazırda rus hərbi kontingenti yenə də həmin ərazidədir. Biz suveren dövlət kimi separatçı qurumun tezliklə ciddi tədbirlər görməliyik. Bu vətənsiz toplum dünyanın hər yerinə yayılıb. Ermənilər hər yerdə təşkilatlanmağı bacarırlar. Təşkilatlanan kimi həmin ölkənin siyasətinə, mətbuatına, quruluşuna, idarə olunmasına müdaxilə edə bilirlər. Bu gün ABŞ-da, Fransada ermənipərəst senatorlar çoxdur. Onlar xaricdə oturub bizim daxili işlərimizə qarışırlar, Azərbaycandakı separatçı qurumun mövcudluğu və fəaliyyəti üçün istiqamət verirlər, müxtəlif tədbirlər keçirirlər. Arayik, Vardanyan və başqaları, kimin “rəhbər” olmasından asılı olmayaraq, söhbət erməni siyasətindən gedir. Buna görə də yeganə yol separatçıların kökünü kəsməliyik”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR