İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənilərin bizə verdiyi işgəncələr yadımdan çıxmır"

"Ermənilərin bizə verdiyi işgəncələri yadımdan çıxara bilmirəm".

Musavat.com xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmiş Qərib Cəbiyev deyib.

O, həmin hadisəni bu cür xatırladıb:

"Mənim 10 yaşım var idi. Səhər saat 7-də atam postdan qayıtdı. Həyətdə ocağı yandıranda kəndi atəşə tutdular. Atam bizi Xəlil kişinin evinə apardı. Bir də gördük Badara kəndinin bütün erməniləri bizə hücum edir.

Vaqif indi deyir ki, Badara kəndi soyqırımda iştirak etməyib. Bizə Badara ermənilərinin arvadları da hücum etdi. Kişilər bizi atəşə tutdu, arvadları evlərimizi soydu, mal-qaranı yığıb apardılar. Biz qaçıb çıxdıq, atam qalıb döyüşdü. Anam ayağından yaralandı. Mən 10 yaşında o soyuqda ayaqyalın kənddən çıxmışam. Gələndən sonra uzun müddət müalicə aldım. Atam deyirdi ki, Vaqif, Qürgen və Armanis dəstəyə başçılıq edirdi".

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR