Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Türkiyə istehsalı olan 155 mm-lik özüyeriyən T-155 "YAVUZ" haubitsasını almaqda maraqlıdır.
Əgər iddialar doğru olarsa Azərbaycan 155mm-lik 3 fərqli haubitsa sisteminə malik olacaq (Nora B-52 , DİTA və YAVUZ).
T-155 (YAVUZ) asfaltda 20 km, çöldə 14 km sürətə çata bildiyi halda, YAVUZ Haubitsa saatda 90 kilometr sürətə çata bilir.
Panter haubitsasından fərqli olaraq, o, əməliyyat sahəsinə daha asan və daha sürətli çata bilir. İstifadəçinin atəş dəstəyinə ehtiyac duyduğu bölgələrə özüyeriyən tez çata bilən və ordunun manevr qabiliyyətini artıracaq "Yavuz"un 600 kilometrlik hərəkət məsafəsi də var.
Texnikanın çəkisi 20 ton, uzunluğu 10,8 metr, eni isə 2,6 metrdir. 5 nəfərlik ekipaj tərəfindən idarə olunan Texnika MKE tərəfindən də istehsal edilən 155 mm-lik "MOD 274"sursatları ilə 40 kilometr məsafədəki hədəfləri uğurla vura bilir. 18 sursat tutumuna malik olan texnika dəqiqədə 6 atəş açmaq gücündə olacaq.
Haubitsa elektriklə idarə olunan və elektron idarə olunan yarı avtomatik mərmi yükləmə sistemi ilə təchiz edilib. Silah sistemi ilə NATO standartlarına uyğun diametri 155 millimetr olan bütün sursatları atmaq olar.
"Yavuz" haubitsacs ilə 15 saniyəyə 3 atəş (pulsed atış), 1 dəqiqəyə 4-6 atəş (normal atış), 1 dəqiqəyə 2 atış (fasiləsiz atış) edilə bilər.
Sistemdə ikinci dərəcəli silah kimi 12,7 millimetrlik pulemyotdan istifadə olunur. Sistem nüvə, bioloji, kimyəvi (NBC) müdafiə sisteminə, 7,62 x 51 millimetr (M80) sursata və piyada əleyhinə minalara qarşı mühafizə sisteminə malikdir./Milli.Az
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ