Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa ətrafında olan ərazidə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter müsadirə edilib.
Musavat.com Report-a istinadən xəbər verir ki, ötən gün - sentyabrın 23-də kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşada səfərdə olan Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinə göstərilib.
Azərbaycan Ordusunun general-leytenantı Mais Bərxudarov onları hərbi atteşelərə təqdim edib. O bildirib ki, kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşa ətrafında olan bölgələrdə Ermənistan silahlı qüvvələri birləşmələrindən müsadirə edilib: Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı”.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ