İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər təyyarədə Anna Akopyanı etirazla qarşıladılar

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə KİV-in gündəminə çevrilib. Məlum olub ki, erməni cəmiyyətində nifrətlə qarşılanan baş nazirin həyat yoldaşı Anna Akopyanla bağlı təyyarədə qalmaqal yaşanıb.

Bu barədə "Hraparak" nəşri yazıb: "Bir neçə gün əvvəl Nikol Paşinyanın həyat yoldaşı Parisdə idi. O, Fransanın birinci xanımı Bricit Makron ilə Yelisey sarayında şəkil çəkdirdi və fransız erməni qadınları ilə tanış oldu. Anna Paris səfərindən şənbə günü axşam "Air France"nin AF 1060 Paris-İrəvan reysi ilə qayıdıb.

Onunla eyni təyyarədə ölkəyə geri qayıdan sərnişinlərdən biri bizə məlumat verib ki, baş nazirin xanımı təyyarədə elə də isti qarşılanmayıb. Həmin təyyarədə “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryanın biznes-klassda əyləşməsi sərnişinlərin diqqətindən yayınmayıb. Anna Akopyan isə özünün çoxsaylı kollektivi ilə ekonom sinifdə oturub", - nəşr yazıb.

İddia olunur ki, Anna Akopyan təyyarəyə minib Hayk Konjoryanın yanından keçərkən ona acıqlı şəkildə baxıb.

Anna Akopyan açılışa qatıldı, Ermənistan bayrağı endirildiMüəllif yazır ki, ola bilsin ki, Akopyan özünün ekonom-klassda, hansısa deputatın isə biznes-klassda səyahət etməsindən qıcıq olub. Bundan başqa baş nazirin arvadı formal olaraq sadə vətəndaşların yanına salınıb. Çünki o, ekonom sinfin ön sıralarına yerləşdirilib, ona biznes sinif xidməti göstərilib. Yanındakı oturacaq isə boş saxlanılıb. Bu bileti də ona görə alıblar ki, Akopyanın yanında heç kim olmasın. Mühafizəçilərdən biri isə üçüncü sırada oturub.

"Bundan başqa, sərnişinlərin sözlərinə görə, Anna Akopyanı 8 nəfər müşayiət edib: 3 cangüdən, 3 kişi, 2 qadın. Onlardan biri saç ustası Anuş olub. Cangüdənlər Milli Təhlükəsizlik Xidmətinin loqosu olan qalstuk və kostyum taxıblar. Uçuşun əvvəlində Anna Akopyanın arxasındakı cərgədə oturmuş sərnişinlər, bir neçə qadın və bir kişi Paşinyanın həyat yoldaşına, onu müşayiət edən heyətə: “Bu türklər niyə belə rahat şəkildə təyyarəyə minirlər?” deyiblər. Onlar hətta Qarabağla bağlı yüksək səslə fikirlər də sələndiriblər.

Anna Akopyan isə bütün bunları eşidib və heç bir reaksiya verməyib. Yəqin ki, o artıq belə hadisələrə öyrəşib. Lakin ondan fərqli olaraq cangüdənlər əsəbi davranışlar sərgiləməyə başlayıblar, qızlara iradlarını da bildirməyə çalışıblar. Amma mühafizənin rəhbəri buna ehtiyac olmadığına işarə edib".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR