Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq etməsi barədə məlumat yayıb. Erməni mətbuatı bu barədə məlumatı təsdiqləyib.
Musavat.com xəbər verir ki, Ermənistan tərəfinin yaydığı görüntülərdə kustar üsulla hazırlanmış qumbaranın atıldığı əks olunub.
Videodan aydın görünür ki, döyüşçülərimiz düşmənə koordinasiyalı şəkildə və çevik reaksiya verir, nəticədə itkilərin qarşısı alınır.
Qeyd edək ki, erməni təbliğatçıları bunun əksini iddia etməyə çalışır.
@@TVmusavat/67830@@
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ