Onlayn ictimai-siyasi qəzet
Ermənistan İstintaq Komitəsinin Zəngəzur mis-molibden zavodunun işçisinin qətlində azərbaycanlıların iştirakı ilə bağlı məlumat yoxdur.
Musavat.com bildirir ki, bu barədə idarənin mətbuat katibi Qor Abrahamyan SputnikARM-ə açıqlamasında bildirib.
Erməni mediası qeyd edib ki, bundan əvvəl bəzi KİV-lər zavodun 57 yaşlı mühafizəçisinin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi versiyasına baxıldığını yazmışdı.
Kişinin meyiti Qafanda 6 güllə yarası ilə tapılıb. Qətlin məişət zəminində baş verdiyi bildirilib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ