İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənilər "ordu"nun tamamilə məhvinə dözmək fikrində deyil" - "Past"

“Arsax” “ordu”nun tamamilə məhvinə dözmək fikrində deyil”.

Konkret.az xəbər verir ki, bunu “Past” qəzeti Qarabağdakı mənbəsinə istinadən yazıb. Bildirilir ki, ötən gün Nikol Paşinyan ictimai çıxışlarından birində Qarabağdakı qondarma “ordu”nun ixtisarına eyham vurub.

Paşinyanın “müdafiə ordusu”nun azaldılması ilə bağlı bəyanatı separatçılar arasında çox sərt qarşılanıb.

“Düzdür, Paşinyan çıxışında eyham vurdu ki, bu, beynəlxalq təminat, eləcə də silahsızlaşdırılmış ərazi olduqda baş verə bilər. Lakin bütün bunlar “ordu”nun məhv edilməsi prosesinin son mərhələsi kimi qəbul edilib. Üstəlik, bizdə məlumat var ki, bu məsələ ilə bağlı Qarabağda sərt müqavimət formalaşır.

Onlar buna imkan verməyəcəklərini açıq şəkildə qeyd edirlər və Paşinyan Qarabağ ermənilərini necə qoruyacağına qərar verəcək şəxs deyil”, – deyə qəzet yazır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR