Onlayn ictimai-siyasi qəzet
İsveçdə yaşayan ermənilər paytaxt Stokholmun Kunstraqorden meydanında aksiyalara başlayıblar.
Bu barədə Musavat.com-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.
Onun bildirdiyinə görə, ermənilər İsveçdə xüsusi vərəq hazırlayıblar və həmin vərəqdə guya 120 min erməninin Qarabağda "genosid"ə məruz qalmalarını göstəriblər.
Emil Mirzəyev həm də çox önəmli bir detalı Musavat.com-a bildirib. Onun sözlərinə görə, ermənilər qorxularından və sonradan təqib olunmaqdan çəkinərək maşınların nömrələrinin rəqəmlərini gizlədirlər.
Emil Mirzəyev onu da bildirib ki, ermənilər bundan sonra yürüş planlaşdırırlar.
Musavat.com eksklüziv fotoları təqdim edir.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ