İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimov Türkiyədə səfərdə olub - FOTO

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti “2025-2026 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak etmək üçün Türkiyə Respublikasında səfərdə olub.

Musavat.com xəbər verir ki, sentyabrın 1-də baş tutan tədbirdən öncə nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Rəsmi mərasimdə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, Ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar iştirak ediblər. Açılış nitqi ilə çıxış edən vitse-prezident Cevdet Yılmaz məhkəmə və prokurorluq orqanlarının ədalət mühakiməsinin təmin edilməsində xüsusi rolunu vurğulayaraq, yeni ədliyyə ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib.

O, eyni zamanda Ali Məhkəmənin sədri İnam Kərimov və Baş prokuror Kamran Əliyevi salamlayaraq, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və qarşılıqlı əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. Sonra Cevdet Yılmaz heyət rəhbərlərini qəbul edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, xüsusilə məhkəmə-hüquq sahəsində əldə olunan nailiyyətlərin davamlı xarakter daşıdığını, dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi ilə münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Səfər zamanı İnam Kərimov bir sıra ikitərəfli görüşlər də keçirib, Azərbaycan və Türkiyə məhkəmə sistemləri arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan addımlar barədə müzakirələr aparıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR