İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər HƏRƏKƏTə keçdi, Amerika separatçılara çağırış etdi - Üzeyir Cəfərovla CANLI

ABŞ Qarabağdakı separatçıları Azərbaycanla görüşməyə çağırır, əgər qondarma qurum bu çağırışdan imtina edərsə, Bakı anti-terror əməliyyatı keçirəcək.

Bu barədə RİA Novosti Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yayıb. "Vaşinqton ultimatum formasında Qarabağ nümayəndələrini (separatçıları-red.) Azərbaycan tərəfi ilə yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə üçüncü ölkədə görüşə razılaşmağa çağırır. Məqsəd ABŞ-ın bölgəyə daxil olmasıdır", - məlumatda bildirilib.

Mənbə qeyd edib ki, Amerikanın sülhməramlı təşəbbüsünü Qarabağdakı separatçılara qondarma rejimin "xarici işlər naziri” Sergey Kazaryan çatdırır: "Onun maraqları Azərbaycanın maraqlarına tam uyğundur”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində polkovnik Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR