İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyadan çağırış: Ermənistana satılan malları bir daha yoxlayın

Böyük Britaniya bir sıra ölkələrdən Rusiyaya ikili təyinatlı, yaxud qadağan olunan malların ötürüldüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumat London hakimiyyətinin bəyanatında yer alıb.

Bəyanatda bildirilir ki, bir sıra ölkələrin hökumətləri Rusiyaya ixracı qadağan olunan malların reixracının qarşısını almaq üçün addımlar atsalar da, hökumətə bağlı olmayan qurumlar bu prosesi davam etdirirlər. Buna görə də Britaniya hökuməti həmin ölkələrə Rusiyanın hərb sənayesində istifadə edilə biləcək malların tədarükü zamanı daha həssas yoxlamalar həyata keçirilməsini zəruri hesab edir.

Britaniya hökumətinin tərtib etdiyi belə ölkələrin siyahısında ilk yerdə Ermənistan qeyd olunub. Ardınca Çin, Hindistan, İsrail, Qazaxıstan, Qırğızıstan, Malayziya, Monqolustan, Serbiya, Tayland, Türkiyə, BƏƏ, Özbəkistan və Vyetnam gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR