İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan daha bir SENSASİON QƏRAR: BMT Şurasından çıxır və...

Bu gün Tramp ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına dair sərəncam imzalayacaq və UNRWA-nın (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) maliyyələşdirilməsini dayandıracaq. 

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli olmaqda və insan haqlarını pozan hökumətləri ört-basdır etməkdə ittiham edir. Fərman Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən əvvəl imzalanacaq.

Qeyd edək ki UNRWA İsrailin hücumu nəticəsində yaranmış humanitar fəlakət fonunda Qəzza əhalisinə yardım göstərən əsas qurumdur.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR