İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbiristanlığı viran etdilər - VİDEO

Qəbirlərin ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb...

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Abşeronun Saray qəsəbəsindəndir.

Sakinlər bildirirlər ki, bu vəziyyətdən məzərları ziyarətə gələn zaman xəbər tutublar. Hadisə sakinləri ciddi narahat edib.

Məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirildi ki, vəziyyətdən xəbərdardırlar. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Abşeron rayon Polis İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, faktla bağlı dərhal araşdırma aparılıb və isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Daha ətraflı videomaterialda:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR