Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən məşhur TikTok fenomenlərindən biri olan Khaby Lame 2024-cü ildə platformadan 20 milyon dollar gəlir əldə edib. Musavat.com bildirir ki, bu qədər pulu o, bir kəlmə belə demədən qazanıb.
Seneqal-İtaliya əsilli fenomenin 162 milyondan çox izləyicisi var və onun hər paylaşımı üçün təxminən 750.000 dollar qazandığı bildirilir. Xüsusilə COVID-19 pandemiyasının başlanmasından sonra onun populyarlığı sürətlə artıb və milyonlarla insan onu izləməyə başlayıb.
Khaby Lame sadə və sarkastik üslubu ilə gündəlik həyatda lazımsız şəkildə çətinləşdirilmiş problemləri “məntiqi” həll edərək məşhurlaşıb. O, heç bir söz demədən təkcə jestləri və mimikaları ilə izləyicilərini güldürməyi bacarır.
Bu fenomenin uğuru TikTok-da böyük gəlir əldə etməyin mümkün olduğunu bir daha sübut edir. İstifadəçilərin diqqətini çəkən və unikal tərzi ilə fərqlənən kontent yaradıcıları sosial mediada milyonlarla dollar qazana bilirlər.
Onun son videolarından birini təqdim edirik.
@@TVmusavat/107559@@
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ