Onlayn ictimai-siyasi qəzet
Qarabağ məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət ermənilər üçün son məqsəd, tamamlanmış proses kimi qəbul edilməməlidir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Areq Koçinyan danışıb.
“Bu, daha bir addımdır, uzunmüddətli planın bir hissəsidir. Nəzərə almaq lazımdır ki, hazırkı situasiyada, ümumiyyətlə, geosiyasi məsələlərdə “bir addım kombinasiyası” ilə vəziyyəti dəyişmək mümkün deyil. Vəziyyəti uzunmüddətli strateji işlərlə, ardıcıl həyata keçirilən proqramla dəyişmək olar. Bu nöqteyi-nəzərdən şəxsən mənim BMT Təhlükəsizlik Şurasının keçmiş təcili iclasından xüsusi gözləntilərim olmayıb”, - deyə, Koçinyan “Azadlıq” radiosunun efirində deyib.
Onun sözlərinə görə, Ermənistan üçün indiki mərhələdə BMT-nin faktaraşdırıcı missiyasının Qarabağa göndərilməsini nəzərdə tutan qətnamənin qəbulunun qarşıya qoyulması daha düzgün sayılardı. Bu, Bakını pisləyən qətnamənin irəli sürülməsi cəhdlərindən daha çox praktiki fayda verərdi.
Erməni ekspert BMT Təhlükəsizlik Şurasının qətnamələrinin də çox vaxt yerinə yetirilmədiyini unutmamağa çağırıb. Koçinyan hesab edir ki, erməni tərəfinin əsas səhvi beynəlxalq hüququ həddindən çox qiymətləndirməsidir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ