İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər cani Sərkisyan-Köçəryan cütlüyünə qarşı - ziyalılar sülh bəyanatında səmimidirmi...

Ermənistanda bir qrup ziyalı bəyanat yayaraq, sülhə alternativ olmadığını bəyan edib. Onlar hesab edir ki, müharibə tərəfdarları, revanşistlər ölkəni fəlakətə aparırlar. Faktiki olaraq onlar hazırda Ermənistanda aksiyalar keçirən “müharibə partiyalarına” - Sərkisyan-Köçəryan qruplaşmasına qarşı sərt mövqe sərgiləyirlər. Xalqı onların arxasınca getməməyə səsləyirlər.

Bəyan edirlər ki, müharibə tərəfdarları özləri Azərbaycanla, Türkiyə ilə döyüşən deyillər, onların pafosuna uymaq lazım deyil. Bildirirlər ki, qonşularla sülh şəraitində yaşamaqdan başqa erməni xalqının çıxış yolu yoxdur. Əslində müharibə bitən kimi Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında erməni xalqına daha da böyük fəlakətə düçar olmamaları üçün konsepsiyanın nədən ibarət olmasını duyurmuşdu.

De-fakto Sərkisyan-Köçəryan qruplaşması zaman-zaman Azərbaycana qarşı törətdiyi cinayətlərlə yanaşı, erməni xalqına qarşı da cinayətlər törədib. Faktiki olaraq erməni xalqının bugünkü duruma düşməsi də onların cinayətlərinin nəticəsidir. Faktiki olaraq Köçəryan-Sərkisyan cütlüyü erməni xalqının düşmənidir. Erməni xalqı ziyalılarını dinləyəcəkmi? Başqa yolları olmadığının fərqinə varırlarmı?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arzu Nağıyev: “Bu keçirilən mitinqlər əsasən şou xarakterlidir”

Deputat Arzu Nağıyev məsələyə bu cür şərh verdi: “Biz dəfələrlə bunu təkrar etmişik ki, bu keçirilən mitinqlər əsasən şou xarakterlidir. Burada Paşinyan hakimiyyətinin özünün də marağı var ki, hər hansı addımın atılmasında, istər delimitasiya və demakrasiya, eləcə də sülh sazişinin imzalanmasında guya erməni vətəndaşının arzu və istəkləri həyata keçməlidir. Gələcəkdə hər hansı bir problem yaranarsa, məhz onlara istinad olunmalıdır. Delimitasiya və demakrasiya, sülh sazişinin imzalanmamasında ən çox marağı olanlar məhz müxalif qüvvələrdir. Daha doğrusu, Qarabağ klanında təmsil olunan köçəryanlar, sərkisyanlar və onların qruplarıdır. Burada əsas məsələ odur ki, Qarabağda olan problemlərə, məğlubiyyətlərə görə cavab verməlidirlər. Onun üçün də çalışırlar ki, bugünkü status-kvonu saxlasınlar. Son məsələdə də bizim təklif etdiyimiz maddələrə hansısa status məsələsinin əlavə olunmasının özü də o proseslərdən doğur. Açığı, ağlı üstündə olan, eyni zamanda vaxtilə məğlub olmalarına baxmayaraq Paşinyanın ikinci dəfə hakimiyyətə gəlməsinə səs verən qüvvələr bilirlər ki, bu müharibənin sonu yoxdur. Türkiyə ilə sərhədlər açılmalı, Azərbaycanla ərazi bütövlüyü ilə bağlı problemlər bitməlidir. Çünki geosiyasi məsələlərdən başqa beynəlxalq məsələlər də var ki, Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bu prosesdə müxalif qüvvələr dedikdə məhz gələcəyindən qorxan ”Qarabağ klanı" öz problemlərini büruzə verməkdədir. Lakin Paşinyan hakimiyyəti başa düşür ki, birmənalı şəkildə bu gün gedən proseslərə “hə” demək çətindir. Bu məsələdə mütləq şəkildə xalqın fikri bildirilməlidir. Əsas məqam bundan ibarətdir ki, “Qarabağ klanı” gələcək taleyini sığortalamaq üçün bu addımları atır. Ağlı üstündə olan, ağıllı başla düşünən qüvvələr bu məsələdə birmənalı şəkildə hakimiyyəti dəstəkləyir".

Avropadan Rusiyaya diplomatik həmlə

Şəhla Cəlilzadə: “Siyasətçilərin heç biri siyasi çəkidə Paşinyana üstün gələ bilmirlər”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə erməni əhalisinin qorxusuna diqqət çəkdi: “Hazırda erməni cəmiyyətinin ciddi bir seçim qarşısında, yaxud kəskin bir dönüş ərəfəsində olduğunu deyə bilərik. Sadə erməni üçün təbii ki, sülh və təhlükəsizlik çox vacibdir. Bu, tamamilə səmimi istəkdir və 8 may tarixində ilk dəfə yayımlanan 70 nəfər erməni ziyalının açıq bəyanatı aydın şəkildə bu istəyin kütləvi olduğunu vurğulayır. Lakin məhz bu bəyanatda da, həmçinin aprel ayından bəri davam edən etirazlarda da səsləndirilən bir məsələ var - ”erməni kimliyinin itirilməsinə" dair narahatlıq. Ermənilər Qarabağın itirilməsindən daha çox məhz bundan, yəni öz “milli kimliklərini” itirməkdən qorxurlar. Bu qorxu isə onlara xaricdən, xüsusillə “Daşnaksütyun” ideoloji təzyiqləri altında yeridilir. Etirazlarda təşkilatçılar tərəfindən yüksək tonlarda Ermənistanın bir ölkə, ermənilərin bir millət olaraq varlığına təhlükənin mövcudluğundan bəhs olunur. Burada Qarabağın birdəfəlik Azərbaycana verilərək itirilməsindən, “erməni soyqırımının” beynəlxalq səviyyədə tanınmasından imtina edilməsindən, türk iqtisadiyyatının Ermənistan iqtisadiyyatını ələ almasından və çökdürməsindən narahatlıqlar, Ermənistanın “türkləşməsi” qorxusu ifadə olunur və bütün bunlar baş verərsə, Ermənistandan növbəti emiqrasiya dalğasının başlayacağı vurğulanır. Lakin bu qorxuları dilə gətirən siyasətçilərin heç biri siyasi çəkidə Paşinyana üstün gələ bilmirlər. Təsadüfi deyil ki, Köçəryan-Sərkisyan cütlüyü etirazlarda arxa fonda qalır və tribunaları zəbt etmirlər. Erməni ekspertləri də, sıravi insanlar da etirazların yönəticiləri arasında Paşinyana alternativ, eyni siyasi çəkidə olan bir fiqur hələ ki görmürlər. Nə Robert Köçəryan, nə Serj Sərkisyan, nə parlamentin vitse-spikeri İşxan Sagatelyan və ya digərləri təklikdə Paşinyana rəqib ola bilmirlər və bilməyəcəklər. Onların, hakimiyyətə gələrlərsə, Ermənistanın və Qarabağın gələcəyinə və hansı addımların atılacağına dair açıq elan oluna biləcək planları belə yoxdur. Erməni cəmiyyəti də bunun fərqindədir. Düşünürəm ki, Azərbaycan və Türkiyə sülh mesajlarını artıraraq, erməni cəmiyyətinin pasifist kəsiminə onların “təbii qorxularını” azaldacaq şəkildə dəstək ifadə edə, hadisələrə yönləndirici təsir göstərə bilər. Azərbaycandan da sülhü dəstəkləyən ziyalıların ermənilərin açıq bəyanatlarına bənzər açıq bəyanatla çıxış etməsi, regionda sülh və sabitliyin bütün tərəflərin maraqlarına cavab verəcəyinə dair mövqe səsləndirməsi faydalı ola bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR