İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni vitse-spiker Paşinyana üsyan püskürdü: "Seçdiyiniz yol ölkəmizin ölüm yoludur”

Parlamentin vitse-spikeri, Ermənistan fraksiyasının üzvü İşxan Saqatelyan hesab edir ki, hakimiyyət ölkəni uçuruma aparmağa davam edir.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Parlamentin iclasındakı çıxışında Saqatelyan deyib ki, Ermənistan ciddi problemlərlə üz-üzədir: “Tarixi, bu günü və keçmişi təhrif etməkdə davam edən, onu “keçmiş və indiki”yə bölərək hakimiyyətdə olan qrup ölkəni uçuruma aparır. Siz deyirsiniz ki, gələcək var, amma bu gələcək güzəştlərdir. Biz deyirik ki, güzəştlə gələcək yoxdur, sülh pərdəsi altında ölkəni yeni güzəştlərə aparmağa çalışırsınız. Siz sülh dövrünü deyil, cəhənnəm, xaos və yeni itkilər dövrünü açırsınız. Siz isə bütün bunları “keçmişlə indiki” arasında mübarizə kimi təqdim etməyə çalışırsınız”.

Erməni müxalifətçi hakimiyyəti ittiham edərək bildirib ki, “keçmiş və indiki” məsələsi yoxdur: “Siz “Gələcək var” şüarı ilə hakimiyyətə gəlmisiniz, amma keçmişdə qaldınız. Prosesləri, hadisələri təhrif etməyi dayandırın, məsuliyyət payınızı dərk edin, ölkəni yeni güzəştlərə aparıb hər şeyi köhnə hakimiyyətin üzərinə qoymaq mandatınız yoxdur! Əgər əvvəlkilərlə sizin aranızda heç bir fərq yoxdursa, niyə xalqı aldadıb hakimiyyətə gəldiniz? Artsaxı itirməyimiz üçün? Bəsdir, ağlınızaı başınıza yığın, seçdiyiniz yol ölkəmizin ölüm yoludur!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR