Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlılar Ermənstana və İrəvana heç bir tədbirə gələ bilməzlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli revanşist Ana Vətən Partiyasının liderlərindən, hüquqşünas-vəkil Arsen Babayan öz Facebook səhifəsində yazıb:
“İstərsə Azərbaycanın beynəlxalq reytinqi bizdən on dəfə yüksək olsun, amma biz Ermənistanı qoruya biləcəyik. Qoy dünya bizi bir idman turnirinin açılış mərasimində Azərbaycan bayrağını yandırmağımıza görə qınasın, amma ermənilər döyüş meydanından sağ-salamat, qələbə ilə qayıdacaqlar.
Bəli, azərbaycanlılar İrəvanda keçirilən heç bir tədbirdə iştirak edə bilməməlidirlər”,-deyə Arsen Babayan yazıb.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ