Onlayn ictimai-siyasi qəzet
“Bu günlərdə baş verənlər Ermənistanın de-fakto hökumətinin bizi hara apardığını göstərir”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi erməni türkoloq Varujan Geqamyandır.
“Siz hələ də İrəvan ətrafında gəzdiyiniz üçün özünüzü nisbətən təhlükəsiz hiss edirsiniz, bu o demək deyil ki, həmişə belə olacaq. Hazırda Ermənistan Suriya və Ukraynaya çevrilir.
Çıxış yolu var və dəfələrlə deyilib: milli hakimiyyət, böyük ordu lazımdır.
Bu sual hər kəsi narahat etməlidir, çünki yerə düşən bombalar sizin siyasətlə məşğul olub-olmamağınızı ayırd etməyəcək”, - deyə revanşist türkoloq yazır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ