İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatçıları Xocalıda məskunlaşır - Fotolar

Qarabağdakı separatçı rejim qanunsuz məskunlaşma işlərini davam etdirir.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, əsasən bu işlər Xocalı şəhərinin ərazisində aparılır. Erməni quldurların “Əsgəran rayonunun İvanyan icması” adlandırdığı Xocalı ərazisində “müharibə nəticəsində köçkün düşmüş sakinlər üçün yeni yaşayış massivinin tikintisi”nin davam etdirildiyi iddia olunur.

Qondarma rejimin oyuncaq “şəhərsalma nazirliyi”nin məlumatında görə, ərazi 2 və 4 otaqlı fərdi evlərdən ibarət olacaq. Hər evə 1200 kvadratmetr torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Məlumatda deyilir ki, ümumilikdə 107 ev tikilir, onlardan 86-sı Hayastan Ümumerməni Fondu, 21-i “artsax dövlət büdcəsi” hesabına maliyyələşdirilir. İlin sonunadək 60 yaşayış binasının tikintisinin başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, erməni həyasızlığı sərhəd tanımır. Xüsusən də Azərbaycan üçün çox həssas bir məntəqədə torpaq bölüşdürür, qanunsuz evlər tikirlər. İnanırıq ki, günün birində cavablarını alacaqlar.

Musavat.com 

312562179_454502130148831_3232522851119280983_n.jpg (636 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR