Onlayn ictimai-siyasi qəzet
“Bizdə bütün respublika üzrə kadastr xəritələrində nöqsan və xətalarla bağlı problem var. Bu səhvlər bir neçə santimetrdən 150, bəzi hallarda isə 180 metrə qədər dəyişir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında yerli Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan deyib.
“2024-cü ildə xəritələrin düzəldilməsinə davam etdik və 155 yaşayış məntəqəsinin kadastr xəritələrində düzəlişlər həyata keçirdik. Hazırda daha 40 yaşayış məntəqəsində işləyirik”, - deyə Tovmasyan bildirib.
Onun sözlərinə görə, bu addım qonşular arasında sərhədin tənzimlənməsi anlamına gəlmir.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ