İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqun tükənməyən kini: “Əsl düşmənimiz Türkiyədir”

“Ermənistanın hakim komandası cəmiyyətin düşüncəsində yeni düşmən obrazları formalaşdırıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Edqar Elbakyan deyib.

“İndi yeni düşmənlər artıq Türkiyə və ya Azərbaycan deyil, keçmiş hakimiyyət nümayəndələri, Erməni Apostol Kilsəsi, Ermənistan ordusu və hətta Qarabağ erməniləridir. Bir sözlə, erməni layihəsinin anlayışına daxil olan hər şey. Rusiya da düşmənlər kateqoriyasına daxil edilib”, - deyə o qeyd edib.

Elbakyanın iddiasına görə, reallıqda hakim komandanın rusofobiya siyasətini Qərb deyil, Türkiyə tərəfi diktə edir. Ekspert hesab edir ki, bu faktı hakimiyyət orqanlarının özləri də istəmədən təsdiqləyir.

“Məhz düşmən imicinin dəyişməsinə görə hakimiyyətin Ermənistanın milli maraqlarına toxunan bir çox güzəştləri yerli etirazla qarşılanmır”, - deyə Edqar Elbakyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR