Onlayn ictimai-siyasi qəzet
““Frayerlər” düzgün qərar verməyi bacarmalıdır, səhvlər bağışlanmır”.
Musavat.com xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan feysbuk səhifəsində yazıb.
“İndi belə bir fikir formalaşıb ki, biz dünyada təkik, müttəfiqimiz yoxdur və s. Gəlin, bu məsələyə aydınlıq gətirək. Bu dünyada iki müttəfiqi - ordu və donanmadan savayı əlində heç nə qalmayan ruslardan başqa hamı tək görünür. Bura ABŞ da, İsrail də, Zənzibar da daxildir. Beynəlxalq münasibətlər də cinayət dünyası kimi cəngəlliyi xatırladır. Buranın öz cinayət qanunları var və bu, heç də anarxiya sayılmır. Cəngəllikdə heç vaxt bir-birlərini məqsədsiz şəkildə məhv etmirlər, ac olanda, ərazilərini müdafiə edəndə öldürürlər. Onlar da zəifləri ovlayırlar. Bunlar ağlabatan qanunlardır, hər bir canlının qida zəncirində öz rolu və yeri var. Əgər belə bir dünyada müttəfiqimiz, dostumuz yoxdursa, deməli, biz beynəlxalq siyasətdə səhvlərə yol vermişik, hadisələrin vəziyyətini, məntiqini, eləcə də bütün bunlardan irəli gələn beynəlxalq aləmdəki yerimizi anlamamışıq”, - deyə yazıda qeyd olunur.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ