İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: Paşinyan üçün geri sayım artıq başlayıb  

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi cəhətdən sonu yaxınlaşır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq, Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants deyib.

“Bu gün Nikol Paşinyan təşviş içindədir, çünki hazırkı hərəkatın nəticələrindən asılı olmayaraq onun gücü tükənir. Ümumiyyətlə, bu gün bu hərəkatın (“Vətən adına Tavuş”) neçə gün və ya neçə həftədə uğur qazanacağını, ümumiyyətlə, hansı nəticələrə nail olacağını proqnozlaşdırmaq çətindir. Ancaq bir şey göz qabağındadır - Paşinyanın siyasi aqoniyasının taymeri artıq işə salınıb. O, bunu çox yaxşı başa düşür, ona görə də sabahkı mətbuat konfransında şantaj və repressiyaya hazırlıq sayılan çox konkret tezislərlə çaxnaşma toxumu səpməyə və ictimaiyyətin beynini yumağa çalışacaq”, - deyə Surenyants bildirib.

Onun sözlərinə görə, 2021-ci il seçkilərinin ədalətli olması şübhə doğursa da, fakt odur ki, indiki hakim komanda bu şübhəli seçkilərdə təmin edilmiş legitimlik səviyyəsini belə itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR