İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Bu, İrəvanın diplomatik savadsızlığının zirvəsidir”

“Brüssel görüşündən sonra verilən bəyanatla Laçın dəhlizinin “blokadası” ilə bağlı qəbul edilmiş bütün qətnamə və sənədlər öz qüvvəsini itirir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Tiqran Qriqoryan deyib.

Onun sözlərinə görə, Avropa Şurası rəhbərinin yekun bəyanatında Ağdamdan humanitar yardımla bağlı müddəanın görünməsi Ermənistan üçün son dərəcə problemlidir.

“Laçın dəhlizini bağlamaqla Azərbaycan ilkin olaraq qarşısına Qarabağ ermənilərini inteqrasiyaya məcbur etmək, Ermənistanla bütün əlaqələri, o cümlədən kommunikasiyaları kəsmək məqsədi qoyub. Ağdamdan və Laçın dəhlizindən keçən humanitar yardımları sadəcə Ağdama cəmləyərək, son aylarda dəhlizlə bağlı qəbul edilmiş bütün bəyanatlar, qərarlar, o cümlədən Beynəlxalq Məhkəmənin qərarları heçə endirilir. Azərbaycan humanitar böhranı Ağdamdan gələn tədarüklər hesabına həll etməyin mümkün olduğunu sübut edəb bilsə, o zaman nə vaxtsa Laçın dəhlizinin açılmasına ehtiyac yaranmayacaq”, - deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin razılığı olmadan bu cür ifadələr bəyanatda əks oluna bilməzdi, çünki belə bəyanatlar hər iki tərəflə razılaşdırılmalıdır.

“Yekun bəyanata belə bir bəndin daxil edilməsinə icazə verilməsi diplomatik savadsızlığın zirvəsidir”, - deyə erməni politoloq söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR