İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: "Bu adam baş nazir postunda qalsa, biz mövcud ola bilməyəcəyik"

"Əgər bu şəxs (Paşinyan-red.) baş nazir postunda qalsa, o zaman biz xalq, dövlət kimi kənar təhlükələrdən asılı olmayaraq mövcud ola bilməyəcəyik".

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.

“Millətlər daxildən çürüyür, xarici təhdidlər yalnız prosesi sürətləndirir. İndi biz daxilən yox oluruq, bu adama və ətrafına hər şeyi etməyə icazə veririk.

Düşünməyin ki, Qarabağın tamamilə getməsindən sonra biz bir-birimizlə eyni ərazidə yaşaya biləcəyik, daxili düşmənçiliyimiz bütün qırmızı xətləri keçəcək və bir icma olaraq bizə birlikdə yaşamağa imkan verməyəcək, bu, mümkün deyil.

Zəng çalınanda bir nəfər kimi toplaşmaq lazım gələcək və bu çağırışın vaxtı yaxınlaşır”,-deyə erməni revanşist eskpert qeyd edib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR