Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Teleqram kanalları Rusiya Ordusunun Xarkov vilayətində yerləşən Andreyevka kəndini nəzarətə götürdüyünü yazır. Məlumatlara görə, hazırda qonşu Olqovka istiqamətində şiddətli döyüşlər davam edir.
Musavat.com xəbər verir ki, hərbi mənbələr bildirirlər ki, rus bölmələrinin bu istiqamətdəki manevrləri eyni vaxtda Ukrayna Silahlı Qüvvələrinin Novomixaylovka istiqamətində əks-hücum cəhdləri ilə üst-üstə düşüb. Əgər Rusiya qoşunlarının hücumu uğurla nəticələnərsə, Ukrayna qüvvələri üçün mühasirə halqasının qapanacağı ehtimal olunur.
Yerli monitorinq kanalları da sosial şəbəkələrdə yayılan bəzi videolara diqqət çəkiblər. Geolokasiya ilə hələ təsdiqlənməyən həmin kadrlarda Rusiya bayraqlarının yalnız Andreyevka deyil, həm də Drujelyubovka və Olqovka kəndləri üzərində dalğalandığı iddia olunur.
Hazırda bu məlumatlar rəsmi təsdiqini tapmasa da, bölgədə döyüşlərin intensivləşdiyi və cəbhənin gərgin mərhələyə qədəm qoyduğu qeyd olunur.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ