Onlayn ictimai-siyasi qəzet
“Zorakı repressiya Nikol Paşinyanın hakimiyyətdə qalması üçün yeganə vasitəsinə çevrilib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyunun 5-də jurnalistlərlə söhbətində Ermənistan parlamentində müxalif “Şərəf duyuram” blokunun üzvü Anna Mkrtçyan bildirib.
“Paşinyanın yuxusu ərşə çəkilib. O, ört-basdır etdiyi əvvəlki yalan pərdəsini necə bərpa edə biləcəyini artıq başa düşmür”, - deyə Mkrtçyan bildirib.
Erməni deputatın iddiasına görə, XİN-in binası qarşısında iğtişaşlar və xuliqanlıq etmək üçün “qara-qırmızı beret”lərə göstəriş verilib. “Bəli, orada iğtişaşlar və xuliqanlıq olub, lakin onlar polis kordonları tərəfindən təşkil edilib və həyata keçirilib. Orada vətəndaşlar döyülüb, işgəncələrə məruz qalıb, təhqir olunublar”, - deyə Anna Mkrtçyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ