Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonda 8 avqustda imzalanmış razılaşmalara əsasən TRIPP (“Tramp marşrutu”) layihəsi üzrə yol Ermənistan Respublikasının yurisdiksiyası altında olacaq və burada Avrasiya İqtisadi İttifaqının (Aİİ) normaları tətbiq ediləcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan danışıb.
Onun sözlərinə görə, həmin yol üzərində dövlət xidmətləri tam şəkildə fəaliyyət göstərəcək:
“Digər sərhədlərdə mövcud olan bütün xidmətlər burada da işləyəcək – bu, gömrük xidmətinin də fəaliyyət göstərəcəyi deməkdir.”
Akopyan qeyd edib ki, gömrük modelinin konkret formatı və texniki memarlığı hələ müzakirə olunmayıb və bu məsələ yalnız siyasi razılaşmaların icrası mərhələsində peşəkar işçi qrupların müzakirəsinə çıxarılacaq.
O, həmçinin Rusiya XİN-in “xarici iştirak” barədə narahatlığına münasibət bildirərək deyib ki, söhbət gömrük postlarında xarici nəzarətdən deyil, ABŞ-la imzalanmış ikinci memorandum çərçivəsində texniki dəstək və institusional inkişafdan gedir.
Musavat.com
19 Avqust 2025
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ