Onlayn ictimai-siyasi qəzet
Qondarma “DQR”in “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan geniş müsahibə verib və Qarabağ ətrafında baş verən hadisələr, Ermənistanda hökm sürən vəziyyət, eləcə də danışıqlar prosesinə toxunub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Past” saytı məlumat yayıb.
Saytın xəbərinə əsasən, Babayan burada Qarabağda separatçı rəhbərliyi tənqid edib, "onların məsuliyyətsiz davrandığını, proqramlarının olmadığını" vurğulayıb.
“Lakin müsahibənin əsas mesajı o oldu ki, Babayan bundan sonra Qarabağ erməniləri üçün hansısa mövqe tutmaq təklifini qəbul etməyəcəyini bildirib. “Mən artıq heç bir müzakirəyə hazır deyiləm, məndən xahiş etsələr də, artıq “dövlət naziri” (qondarma “DQR”də) kimi müəyyən vəzifələri öz üzərimə götürməyə hazır deyiləm”,- deyə o bildirib.
“Past” qəzetinin yazdığına görə, Babayan Qarabağ erməniləri içində ictimai dəstəyin olmadığını anladığı üçün bu addımı atıb.
“Belə minimal ictimai dəstək şəraitində Babayan yaxşı bilir ki, onun nəyisə tələb etmək rıçaqları və imkanları yoxdur və ona görə bu çıxışı edib”, - deyə qəzet yazır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ