Onlayn ictimai-siyasi qəzet
Ermənistandakı etiraz aksiyalarının lideri keşiş Baqrat Srbazan Azərbaycanla sərhəddəki Kirants kəndindən İrəvana qayıdıb.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keşiş dərhal İrəvandakı qondarma “Artsax nümayəndəliyi”nə baş çəkib.
Burada o, Qarabağdan qovulmuş “Artsax prezidenti” Samvel Şahramanyan və qondarma “Artsax deputatları” ilə görüşüb. SEO Nədir
Görüş zamanı Baqrat Srbazan öz avtomobilini “Artsax nümayəndəliyi”nə bağışlamaq istədiyini bildirib.
Xatırladaq ki, ötən gün DİN-in xüsusi təyinatlıları “Artsax nümayəndəliyi”nə gedərək, Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə ediblər. Onun özü isə istintaqa cəlb olunub.
“Mən hadisəni yeni öyrəndim. Xalqımıza xidmət etmək üçün sizə maşınımı vermək istəyirəm”, - deyə Baqrat Srbazan avtomobilinin açarlarını Şahramanyana təqdim edib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ