İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general yenidən hakim qarşısında- İrəvanda gərginlik

 

Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu, üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs edilməsi tələb olunur.

Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğu tələb irəli sürüb.

Ermənistan Baş Prokurorluğu Qriqori Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarının ləğv edilməsini tələb edərək kassasiya şikayəti verib.

Hakim Armen Hovhannisyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin uzadılması, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən inzibati nəzarətə götürülməsi və 20 milyon dram məbləğində girovla əvəzlənməsi barədə verilən şikayəti qismən təmin edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR