İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general-mayor ordudan qovuldu

Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan vəzifədən qovulub. AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Bildirilir ki, general-mayorun vəzifədən uzaqlaşdırılması ilə bağlı müvafiq əmri Ermənistanın müdafiə naziri Suren Papikyan imzalayıb.

Ermənistan prezidenti general-mayoru ordudan uzaqlaşdırdıQeyd edək ki, Vardan Avetisyan 2016-cı il noyabrın 16-da müdafiə nazirinin müşaviri təyin edilib. O, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

İkinci Qarabağ müharibəsindən sonra isə Ermənistan ordusunda rekord sayta həbs və vəzifədən uzaqlaşdırılma halları baş verib. Bu sırada generalların çoxluğu diqqət çəkir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR