Onlayn ictimai-siyasi qəzet
Ermənistan İstintaq Komitəsi bir gün əvvəl çağırışçı əsgərin xidmət yoldaşı tərəfindən öldürüldüyünü aşkarlayıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Respublika İstintaq Komitəsinin mətbuat xidmətində verdiyi məlumata görə, 9 oktyabr 2023-cü il tarixində Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisindən çağırışçının ölümü ilə bağlı məlumat daxil olub. Əsgər, sıravi Narek Nazaryan başqa bir çağırışçı əsgərin açdığı atəş nəticəsində başından ölümcül yara alıb. Hadisə hərbi hissələrdən birinin müdafiə zonasının cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində baş verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən hərbçi saxlanılıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ