İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertlərdən iddia: “Azərbaycanın hərbi əməliyyatı gözlənilir"

 

“Azərbaycan Ermənistana qarşı fəal şəkildə tədbirlər planlaşdırır, növbəti hücumun hansı mərhələdə və nə vaxt baş verəcəyini demək çətindir, lakin planlaşdırma faktı danılmazdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianı Ermənistanın “Xenaket” analitik mərkəzinin rəhbəri Vitali Manqasaryan səsləndirib.

 “Son dövrdə Ermənistana qarşı yeni hücum riski nəinki azalmayıb, əksinə, hər gün artır. Çünki Azərbaycan nəinki militarist ritorikadan əl çəkməyib, həm də ilk mərhələdə Ermənistan Silahlı qüvvələrinin müəyyən hissələrinin məhv edilməsi planlarını nümayiş etdirərək hücum xarakterli bir sıra hərbi təlimlər keçirir. Söhbət Ermənistanın “İsgəndər” komplekslərinin ekipajlarının müəyyən edilərək məhv olunmasından gedir. Davam edən təlimlər çərçivəsində oxşar ssenarilər səsləndirilir. Təlim ssenarisi təkcə Azərbaycanın niyyətindən bəhs etmir, çünki regionda belə komplekslər yalnız Ermənistandadır. Bundan başqa  İrana təlimlərin ona qarşı yönəlmədiyi mesajı verilir. Təlimlər çərçivəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin də cəlb olunduğu “səhv düşmənin cərgə arxasında” hərəkətlərinin ssenarisi də oynanılıb.

Həmçinin bu günlərdə Pakistanın quru qoşunlarının komandanı Bakıdadır və burada fəal görüşlər keçirir”,-deyə erməni ekspert iddiasını bununla əsaslandırıb.

Manqasaryan quru qoşunlarının xüsusi təyinatlı dəstələrinin böyük nüfuza malik olduğunu və səfərin hansısa hazırlıq məqsədi daşıdığını sözlərinə əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR