Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan televiziyasında hücum təbliğatı aparılır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycan üzrə yerli ekspert Tatevik Ayrapetyan Telegram səhifəsində yazıb.
“AzTV telekanalı əhali arasında sorğu keçirərək, insanların yeni əməliyyata tərəfdar olub-olmadığını müəyyən etməyə çalışıb. 83% lehinə səs verib. Onlar öz əhalisini “sülhə” belə hazırlayırlar.
Niyə Azərbaycan Qarabağa qarşı yeni aksiyalara hazırlığı nümayiş etdirən məlumat kampaniyasına başladı?
Müvafiq profilaktik tədbirlər görülsə, çox şeyin qarşısını almaq olar. Əgər biz heç nə etməsək, nəticələr həm Qarabağ, həm də Ermənistan üçün geridönülməz hala gələcək”,-deyə o yazıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ