İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Qərb Paşinyanı üç problemi həll etməsi üçün hakimiyyətə gətirib

2020-ci il müharibəsi nəticəsində Ermənistan təslim oldu və bu gün bəzi ərazilər artıq Azərbaycana təslim edilib. Nikol Paşinyan isə hər vasitə ilə öz əməlinə haqq qazandırmağa çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi strateq Armen Badalyan söyləyib.

“Bu gün bu əsaslandırma vətənpərvərliklə, sabah isə başqa bir şeylə bağlı ola bilər. Paşiyana görə, əsl günahkar beşinci kolon, yəni müxalifətdir. Bir sözlə ondan başqa hər şey. Ona görə Qarabağ ermənilərə lazım deyil, onu təslim etməyi və yalnız Ermənistanı qorumağı təklif edir. Bu, cəmiyyətin “qaralar” və “ağlar”a bölünməsinin başqa bir versiyasıdır. Bu halda “qara” Qarabağ, “ağ” isə Ermənistandır.

Paşinyan bununla üç problemi həll edir: Qarabağı Azərbaycana təslim etmək, Rusiya bazasını Ermənistandan çıxarmaq və xarici siyasət vektorunu Qərbə çevirmək, həmçinin Zəngəzur dəhlizini Qərbə vermək istəyir. O, bu vəzifələri yerinə yetirməlidir, çünki Qərb onu məhz bunun üçün hakimiyyətə gətirib”, - deyə ekspert qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR